İŞİD komandiri əsiri minaatanla öldürdü - VİDEO
Bizi izləyin

Dünya

İŞİD komandiri əsiri minaatanla öldürdü - VİDEO

Ağlasığmaz qətlləri və işgəncələri ilə gündəmdən düşməyən İŞİD terror təşkilatı daha bir vəhşiliyə imza atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kosovalı İŞİD komandiri Lavderim Muhaceri əsir düşən bir gənci minaatanla edam edib.

Lavderim Muhaceri 2,5 il əvvəl Kosovanın Kaçanik şəhərindən Suriyaya gəlib, daha sonra İraqa keçərək İŞİD-ə qoşulub. 27 yaşındakı kosovalı bir nəfərin başını kəsərkən çəkillən fotoşəkillərin sosial şəbəkələrdə dərc olunmasından sonra məşhurlaşıb.

Kosova mediasının yazdığına görə, Lavderim Muhaceri 2010-cu ildə ABŞ-ın Kosovadakı hərbi düşərgəsində çalışıb. Onun 2012-ci ildə terrorçu qruplara qoşulduğu bildirilir.

O, son videomüraciətində Kosovada İŞİD-in tərəfdarlarını həbs edən Kosova polisi və digər səlahiyyətliləri təhdid edib. Muhaceri Kosovadan İŞİD sıralarına qoşulanların da sayının artığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm