BND Amerika kəşfiyyatından asılılığını etiraf etdi
Bizi izləyin

Dünya

BND Amerika kəşfiyyatından asılılığını etiraf etdi

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Gerhard Şindler rəhbərlik etdiyi idarənin ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) ilə əməkdaşlıqda bir sıra səhvlərə yol verdiyini etiraf edib.

Publika.az “Associated Press” informasiya agentliyinə istinadən xəbər verir ki, Şindler səhvlərin əsas səbəblərindən birinin alman kəşfiyyatının Amerika xüsusi xidmət orqanlarından asılı olmasını göstərib.

Şindler Almaniya bundestaqında (parlament) keçirilən dinləmələrdə etdiyi çıxışında bildirib ki, BND bir neçə il ərzində NSA-nın verdiyi şübhəli obyektlərin siyahılarını yoxlamayıb. Onun sözlərinə görə, Almaniya kəşfiyyatının bir sıra əməkdaşları Amerika kəşfiyyatının şübhəli hədəfləri haqqında hələ 2005-ci ildə bilirdi, amma ona yalnız 2015-ci ilin martında məlumat verib. Halbuki, Gerhard Şindler bu vəzifəyə 2012-ci ildə təyin olunub.

O qeyd edib ki, Almaniyanın Amerika kəşfiyyat xidmətindən asılılığı BND-nin əməkdaşlarını faktları gizlətməyə məcbur edə bilərdi. Şindler rəhbərlik etdiyi qurumda dəqiq araşdırma aparacağına söz verib.

Aprelin sonunda “Spiegel Online” internet nəşri bildirib ki, ANB on ildən çox bir müddətdə Almaniya kəşfiyyatının texniki resurslarından istifadə edərək Avropada siyasətçiləri, məmurları və sahibkarları izləyib. Casusluq isə BND rəhbərliyindən xəbərsiz aparılıb. BND təxminən 2008-ci ildən diqqət yetirməyə başlayıb ki, Amerika xüsusi xidmət orqanlarının bəzi sorğuları nə BND-nin məqsədlərinə, nə də qlobal terrorizmlə birgə mübarizə haqqında ABŞ-Almaniya razılaşmasının müddəalarına uyğundur.

Almaniya 2014-cü ilin yayında növbəti casus qalmaqalı qopub. İki Almaniya vətəndaşının Amerikaya qarşı casusluq etdiyi üzə çıxıb. Onlardan biri BND, digəri isə Müdafiə Nazirliyində xidmət edirdi. Almaniya kansleri Angela Merkel bildirib ki, ABŞ-ın nə vaxtsa Almaniyaya qarşı casusluqdan imtina edə biləcək. O, həmçinin bildirib ki, Berlin və Vaşinqton arasında kəşfiyyat əməkdaşlığının perspektivləri şübhə altına düşüb.

Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin ifşaları nəticəsində 2013-cü ilin oktyabrında məlum oldu ki, Almaniya ərazisində işləyən NSA və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Merkelin telefon danışıqlarını dinləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm