Saakaşvili yenə od püskürdü: “Onlara tüpürmək lazımdır ki...”
Bizi izləyin

Dünya

Saakaşvili yenə od püskürdü: “Onlara tüpürmək lazımdır ki...”

Latviyanın paytaxtı Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində xüsusi qonaq kimi iştirak edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsindəki hakimiyyəti kəskin tənqid edib.

Publika.az Latviya mediasına istinadən xəbər verir ki, sabiq prezident gürcü jurnalistləri ilə söhbətində Avropa Birliyinin Gürcüstanla viza rejimi sadələşdirməməsində günahkarın Tiflis olduğunu bildirib.

“Artıq aydındır ki, Gürcüstan bu sammitdə Avropa Birliyindən vizaların liberallaşdırması barədə qərar almayacaq. Bu hakimiyyətə tüpürmək lazımdır ki, bizim vətəndaşlarımız Avropaya vizalarsız gedə bilməyəcəklər. Amma onların özləri və qohumları diplomatik pasportlarla azad şəkildə gəzirlər, Avropa kurortlarında dincəlirlər. Onlara tüpürmək lazımdır ki, bizim vətəndaşlarımız bir çörək tikəsi üçün istənilən ölkəyə getməyə hazırdırlar”, - Saakaşvili deyib.

Saakaşvili qeyd edib ki, Gürcüstan hakimiyyəti Riqada diplomatik məsələlərlə məşğul olmaq əvəzinə, onun tutulması və ekstradisiya haqqında Latviya hökuməti ilə danışıqlar aparırlar: “Onlar bununla da özlərini biabır edirlər. Qoy onlar məni dinc qoysun və insanlara qayğı göstərsinlər”.

Qeyd edək ki, Saakaşvili ölkəsində bir sıra cinayət işləri üzrə ittiham edilir. Amma Gürcüstan Baş prokurorluğunun dəfələrlə etdiyi müraciətə baxmayaraq, İnterpolun xətti ilə Saakaşvilinin axtarışı elan edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm