İŞİD İraqı Suriya ilə birləşdirdi - FOTO
Bizi izləyin

Dünya

İŞİD İraqı Suriya ilə birləşdirdi - FOTO

Suriyanın antik şəhəri Palmiranı ələ keçirən İŞİD terror təşkilatı hücumlarına davam edərək İraq ilə Suriya arasındakı son sərhəd-keçid məntəqəsinə nəzarəti də ələ alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya müxalifətinə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Təşkilatı Hüms şəhərindəki Əl-Tanaf sərhəd-keçid məntəqəsinin İŞİD-in əlinə keçdiyini bildirib.

Terror təşkilatı Əl-Tanaf sərhəd-keçid məntəqəsini ələ keçirməklə son iki həftə ərzində ələ keçirdiyi İraqın Ramadi şəhəri ilə Suriyanın Palmira şəhəri arasında birbaşa əlaqəni təmin edib.

Suriya İnsan Haqları Təşkilatına görə, Suriyada təxminən 95 min kvadrat kilometrlik ərazi, yəni ölkə ərazisinin təxminən 50 faizi İŞİD-in nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm