Pekin və Vaşintonun Ukrayna variantları
Bizi izləyin

Dünya

Pekin və Vaşintonun Ukrayna variantları

Rusiya ordusunun Krım bölgəsində nəzarəti ələ almasından sonra Ukraynada vəziyyət daha da gərginləşib. ABŞ və onun müttəfiqləri Moskvanın bu addımına cavab olaraq sanksiya xəbərdarlığı edirlər. İlk növbədə ABŞ-ın Rusiyaya cavab olaraq hansı addımlar atacağı maraqla gözlənilir.

Publika.Az –ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, ABŞ Diplomatik Müdafiə Təlimləri İnsitutunun direktoru İan Von Qordon ciddi bir qarşıdurmanın baş verməcəyini deyir.

İki yaşlarında uşaqların bir-birinin ayağını basması

“ABŞ nə qədər hədələsə də, ciddi bir şey olmayacaq. Bu, iki yaşlarında uşaqların bir-birinin ayağını basması demək olar. Amerikanın səsini yüksəltməsinə baxmayaraq, Ukrayna Avropa üçün başlıca məsələdir. ABŞ Avropanı ətrafında baş verənlərlə bağlı ciddi addım atmağa sövq etməlidir”, - təhlilçi vurğulayıb.

Vaşinqtondakı Brukinqs institutunun xarici siyasət məsələləri üzrə təhlilçisi Maykl Ohanlon Vladimir Putinin ordunu Ukraynanın yeni qərbyönümlü hökumətinə meydan oxumaq üçün yerləşdirdiyini deyir. Vaşinqtondakı Heritac Fondunda təhlilçi kimi çalışan Stiven Buççi Ukraynanın ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısında olduğunyu bildirir. O, Amerikanın Ukraynaya təsirinin məhdud olduğunu deyir. “Bizim bu məsələ ilə bağlı danışmaqdan başqa seçimimiz yoxdur və mən düşünmürəm ki, bunun bir təsiri olacaq”,- Stiven Buççi deyir.

Rusiya yalan danışır?

Dünyanın böyük dövlətlərindən olan Çinin mövqeyi də çox önəmlidir. Nəzərə almaq lazımdır ki, Çin BMT Təhlükəsizlik Şurasının üzvüdür. Rusiya Çinin Ukrayna ilə bağlı əməliyyatlarını dəstəklədiyini desə də, Çin hökuməti böhrana münasibət bildirməyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qin Qangın dediyinə görə, Çin Rusiyanın daxili işlərinə müdaxilə etmək istəmir, tarixi faktları nəzərə alır və vəziyyətin mürəkkəbliyini anlayır. Bu bəyanat isə Rusiyanın Xarici İşlər Nazirliyinin Rusiya və Çinin xarici işlər nazirlərinin telefon söhbətindən sonra yaydığı bəyanatla təzad təşkil edir. Rusiya bildirir ki, Moskva və Pekin Ukraynadakı vəziyyətlə bağlı fikilərini tam bölüşüb və Çin onun Ukraynadakı hərbi əməliyyatlarına dəstək verir.

Lakin Çinin Xarici İşlər Nazirliyi Ukraynanın ərazi bötövlüyü və suverenliyinə ehtiram göstərdiyini bildirir və tərəfləri regionda sülhün müdafiəsi üçün dialoqa səsləyir. Çinin xəbər agetnlikləri vəziyyətlə bağlı daha dəqiq açıqlama verir. Çinin “Global Times” qəzetinin redaktor məqaləsində deyilib ki, Ukrayna hadisələri beynəlxalq siyasi arenada prinsiplərin siyasi qüvvələr tərəfindən müəyyən edildiyini göstərir. Çinin rəsmi
“Sinhua” agentliyi Qərbin qərəzli mövqeyinin Ukraynanı iflic vəziyyətinə saldığını və bunun ölkədə vəziyyəti daha da ağırlaşdırdığını bildirib.

Pekinin Beynəlxalq Əlaqələr Universitetinin professoru Vanq Donq hesab edir ki, Çin mediası və hökumətinin ziddiyyətli mövqeyi Çinin Ukrayna böhranından nə əldə edəcəyindən asılı olduğuna işarədir. “Çin Ukrayna ilə biznes əlaqərinə malik olduğu üçün öz maraqlarını güdür”, - o, qeyd edib.

Son illər Ukrayna ilə Çin hərbi, ticari və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq qurub. 2012-ci ildə Ukrayna dünyanın silah ixracı üzrə 4-cü ölkəsinə çevrilib. Çin isə Ukrayna silahının alıcıları sırasında mühüm yer tutur. Çin Ukraynaya ilk təyyarədaşıyan qurğunun inşasına yardım edib. Ötən il Ukrayna ərazisinin 5 faizində əkinçilik və donuz yetişdirilməsi üçün istifadə etməsinə dair icazə verib. Bunun müqabilində isə Çin Ukraynaya magistral yollar və körpülərin inşasına yardım etməlidir.

Bundan əlavə Çin Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin dekabr ayında Pekinə səfəri zamanı bu ölkəyə 8 milyard dollar məbləğində yardım vəd verib. Ukrayna müharibəsi Çinin yatırımlarına təhlükə ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm