• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD 280 nəfəri edam etdi

  • Dünya
  • 22 May 2015 23:10
  • 473 Baxış
İŞİD 280 nəfəri edam etdi

İŞİD terror təşkilatı son olaraq ələ keçirdiyi Suriyanın Palmira şəhərində 280 nəfəri edam edib.

Publika.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “rejim üçün çalışan” Xalq Müdafiə Komitəsinin üzvləri, şaitat tayfasının nümayəndələri və şəhərdə “xalqa zərər verənlər” insanların gözləri qarşısında edam olunublar.

Edamlar başların kəsilməsi və güllələnmə şəklində həyata keçirilib.

İŞİD antik şəhərdəki mərkəzi həbsxanaya da nəzarəti ələ keçirib. Terror təşkilatı məhbuslara ailələri ilə görüşməsinə icazə verməsə də, onları pul qarşılığında azad edir. İŞİD məhbusların ailələri ilə “skype” vasitəsilə danışaraq onlarla sövdələşmə aparır.

Məlumata görə, Dəməşq rejimi şəhərin İŞİD tərəfindən ələ keçirilməsindən əvvəl təxminən 1000-ə yaxın məhbusu başqa yerlərə köçürüb. Amma onların hamısının köçürülməsi üçün vaxtın qalmadığı bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR