Finlandiya müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

Finlandiya müharibəyə hazırlaşır

Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır.

Publika.az İngiltərənin “Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, Finlandiya hökuməti ehtiyatda olan 900 min vətəndaşına müharibə vəziyyətində vəzifələrinin nə olacağı barədə məktub yazıb.

Nəşrin yazdığına görə, ilk məktub bu ayın əvvəlində, ikinci məktub isə bir neçə gün bundan əvvəl göndərilib.

Finlandiya NATO-nun üzvü deyil və Avropada Ukraynadan sonra Rusiya ilə ən uzun sərhədə malik ölkədir. “Daily Telegraph”a görə, Rusiyanın Krımı ilhaq etməsi və Şərqi Ukraynada separatizmi dəstəkləməsindən sonra Finlandiya hərbi müdaxilə qarşısında tamamilə müdafiəsiz vəziyyətdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm