Çipras “C-130” nəqliyyat təyyarəsi ilə döyüşə getdi - FOTOLAR
Bizi izləyin

Dünya

Çipras “C-130” nəqliyyat təyyarəsi ilə döyüşə getdi - FOTOLAR

Yunanıstanın ağır maliyyə vəziyyəti ölkənin baş naziri Aleksis Çiprasın son xarici səfərində də özünü göstərdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çipras Latviyanın paytaxtı Riqada keçirilən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitinə “C-130” tipli nəqliyyat təyyarəsi ilə gedib.

Yunan mətbuatı baş nazirinin bu seçimini VİP təyyarələrdə ehtiyat hissələrin çatışmazlığı ilə izah edib. Baş nazir Çipras və onu müşayiət edən 3 nazirin də aralarında olduğu nümayəndə heyətinin otura bilməsi üçün təyyarənin salonunda bəzi dəyişikliklər edilib.

Mətbuatda dərc olunan fotoşəkillərdə Çiprasın nümayəndə heyəti ilə birgə və tək-tək görüşdüyü, əlindəki sənədi araşdırdığı və qəzet oxuduğu görünür.


Yunan Gazeteleri: Çipras, C-130 Nakliye Uçağı... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm