Məkkədə dünyanın ən nəhəng oteli tikilir - FOTO
Bizi izləyin

Dünya

Məkkədə dünyanın ən nəhəng oteli tikilir - FOTO

Səudiyyə Ərəbistanının Məkkə şəhərində dünyanın ən böyük oteli inşa edilir.

“Abraj Kudai” adlanan oteldə 10 min nömrə, 70 restoran, mağazalar, avtobus dayanacağı, 4 helikopter meydançası və müxtəlif istirahət məkanları olacaq. Həcc ziyarətinə gələn zəvvarlar üçün əlverişli ərazidə tikilən otelin dizaynı "Dar Al Handasah" şirkətlər qrupuna məxsusdur.

On iki qüllədən ibarət olacaq otelin tikintisi 2,5 milyard dollara başa gələcək. Qüllələrdən 10-u dörd ulduzlu, ikisi isə VIP müştərilər üçün nəzərdə tutulan beş uduzlu olacaq.

“Abraj Kudai” otelinin tikintisinin 2017-ci ildə başa çatması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm