Hollandiyada polis qadınların hicabını küçədə çıxaracaq – islamafobiya qərarı
Bizi izləyin

Dünya

Hollandiyada polis qadınların hicabını küçədə çıxaracaq – islamafobiya qərarı

Hollandiyada Liberal Partiyası (VVD) və İşçi Partiyasından (PvdA) təşkil olunan koalision hökumət üzü tamam örtən geyimlərin (Niqab) bəzi yerlərdə qadağan olunması üçün qərar qəbul etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, niqaba qadağa ilk olaraq ictimai nəqliyyatda, xəstəxanalarda, təhsil müəssisələrində və ictimai qurumlarda tətbiq olunacaq.

Buna əməl etməyənlər isə 450 avro cəmirləmənəcəklər. Həmçinin polisin tələbi ilə niqabın açılması mümkün olacaq.

Qeyd edək ki, Hollandiyada bu barədə qərar hələ 2012-ci ildə gündəmə gəlmişdi. Lakin həmin vaxt koalision hökumətin dağılması qərarın qüvvəyə minməsinin qarşısını aldı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm