Partlayışlara davamlı divar kağızı hazırlandı
Bizi izləyin

Dünya

Partlayışlara davamlı divar kağızı hazırlandı

ABŞ ordusu partlayışlara davamlı olan divar kağızı hazırlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yüksək müqavimət qabiliyyəti olan Kevlar lifindən hazırlanan bu kağız ABŞ əsgərlərinin müvəqqəti döyüş bölgələrində istifadə ediləcək.

ABŞ Müdafiə Nazirliyinin Pentaqonda təşkil olunan sərgidə nümayış etdirdiyi bu kağızın partlayışlar nəticəsində ətrafa saçılan maddələrin miqdarını azaltmaq kimi xüsusiyyəti var.

İngiltərənin müdafiə məsələlərində araşdırmaçıları isə bu kağızın hazırlanmasının yenilik olmadığını dilə gətirib.

Lakin onlar da bu kağızın hətta qeyri-peşəkarlar tərəfindən də istifadə edilə biləcəyini etiraf edib və onun partlayışlardan ətrafa saçılan zərərli maddələrin miqdarını azaltdığını qəbul ediblər. Bu kağız ABŞ ordusunun sərgilədiyi 100 kəşfdən biridir.

Gülxar


Oxumağa davam et
Reklam
Reklam

Gündəm