16 yaşlı qızı vəhşicəsinə qətlə yetirdilər - FOTOLAR
Bizi izləyin

Dünya

16 yaşlı qızı vəhşicəsinə qətlə yetirdilər - FOTOLAR

Qvatemalada qətldə şübhəli bilinən 16 yaşlı qızı yerli əhali özü cəzalandırıb. Belə ki, yeniyetmə qız yerli əhalinin gözü qarşısında vəhşicəsinə döyülərək diri-diri yandırılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qvatemalanın Rio-Bravo kəndində baş verib. Yeniyetmə qız 2 nəfərlə əlbir olaraq yerli taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinir. Qatillər yerli əhali tərəfindən yaxalanaraq hamının gözü qarşısında cəzalandırılıb.

İnsanlar qızı əvvəlcə vəhşicəsinə döyüb. Sonra isə iştirakçılardan kimsə qızın üstünə tez alovlanan maye tökərək onu diri-diri yandırıb. Bütün bunlar isə videoya çəkilib. Video internetdə yayımlansa da, sonradan silinib.

Yollar yerli əhali tərəfindən bağlandığı üçün hadisəyə polis müdaxilə edə bilməyib. Adı açıqlanmayan qızın qatilləri polis tərəfindən axtarılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm