.jpg)
Almaniyada türklər erməni təxribatına qarşı maraqlı
addım atıb.
Publika.az xəbər verir ki, ermənilərin
Berlindəki Türkiyə səfirliyinin binası önündə “soyqırım” iddiaları
ilə mitinq keçirmək istəyib.
Türklər də əllərində Türkiyə bayrağı səfirliyin binası
yaxınlığında növbə tutublar.
“Parlamentlər məhkəmə, siyasətçilər hakim deyil” plaklatlarını
daşıyan türklər “Soyqırım törətmədik, vətənimizi müdafiə etdik”
şüarlarını səsləndiriblər.
Ermənilər səfirliyin binasına yaxınlaşdığı vaxt türklər
"İstiqlal Marşı" oxuyub, 1974-84-cü illərdə erməni terror təşkilatı
“ASALA” tərəfindən şəhid edilən 31 türk diplomatının fotolarını
qaldırıblar. Türkləri görən ermənilər gəldikləri kimi geri
qayıdıb.
Asif Nərimanlı