İmam Əli məscidində törədilən partlayışın arxasından İŞİD çıxdı
Bizi izləyin

Dünya

İmam Əli məscidində törədilən partlayışın arxasından İŞİD çıxdı

Səudiyyə Ərəbistanının şərqindəki Əş-Şarkiyə əyalətində yerləşən İmam Əli şiə məscidində törədilən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, yüzdən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Eyni zamanda yaraqlılar Suriya və İraq ərazilərində hücumlarını davam etdirirlər. Suriyanın qədim Palmira şəhərindən sonra Xüms şəhərində yerləşən ölkənin ən iri qaz emalı müəssisələrindən biri də yaraqlıların əlinə keçib. İraqın Ənbar əyalətində isə ağır döyüşlər davam edir. İŞİD hər ötən gün paytaxt Bağdad şəhərinə daha da yaxınlaşır.

İraq hökuməti artıq ümidsiz şəkildə ABŞ və müttəfiqlərini qruplaşmaya qarşı mübarizə strategiyasını dəyişməyə çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm