Prezidentin keçmiş arvadı yeni sevgilisi ilə - FOTO
Bizi izləyin

Dünya

Prezidentin keçmiş arvadı yeni sevgilisi ilə - FOTO

Estoniya prezidenti Tomas Hendrikin keçmiş həyat yoldaşı Evelina İlves yeni sevgilisi ilə görünüb.


Publika.az-ın məlumatına görə, 47 yaşlı İlves “Tuulelootsutajad” ansamblının 31 yaşlı musiqiçisi Siym Rikkerlə yaxalanıb.

Onların arasında romantik münasibətlər və ya sadəcə möhkəm dostluq olduğu barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, 2014-cü ilin yayında İlves 28 yaşlı fransız Vinsent Arenaqomla diqqət mərkəzinə düşmüşdü.
Daha sonra o rəsmi tədbirlərdə ərini müşayiət etməməyə başladı.

Bir müddət əvvəl isə Estoniya prezidenti və onun arvadının ayrıldığı xəbəri verildi.

Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı.















Oxumağa davam et
Reklam
Reklam

Gündəm