II Dünya müharibəsindən qalan aviasiya bombası aşkarlanıb
Bizi izləyin

Dünya

II Dünya müharibəsindən qalan aviasiya bombası aşkarlanıb

Britaniyalı istehkamçılar Londonda ciddi həyəcana səbəb olan aviasiya bombasını zərərsizləşdiriblər.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, II Dünya müharibəsi dövrünə aid Almaniya istehsalı olan 50 kiloqramlıq bomba məşhur “Uembli” stadionunun yaxınlığında aparılan tikinti meydançasında aşkarlanıb. Polis həmin ərazini mühafizə altına alaraq əhalini və ofis əməkdaşlarını oradan uzaqlaşdırıb.

Hadisə yerinə gələn hərbi mütəxəssislər bombanı ən yaxın poliqona apararaq orada partladıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm