• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İran BMT müfəttişlərinin hərbi obyektləri yoxlamasına razılıq verib

  • Dünya
  • 25 May 2015 09:10
  • 290 Baxış
İran BMT müfəttişlərinin hərbi obyektləri yoxlamasına razılıq verib

İran mübahisəli nüvə proqramı barədə gələcək razılığın bir hissəsi kimi BMT müfəttişlərin hərbi obyektlərə getməsinə icazə verib.

Publika.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçı dövlət televiziyasında açıqlama verib. Məlumata görə bu açıqlama o və xarici işlər naziri Cavad Zərifin qapalı parlament sessiyasında iştirakından sonra verilib.

"İran hərbi obyektlərə məhdud giriş imkanı verməyə razılaşıb" - deyə televiziya Araqçıya istinadən bildirib.

Bağlı qapılar arxasında keçirilən sessiyada iştirak edən parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Əhməd Şuhani deyib ki, hərbi obyektlərdə məhdud yoxlama ciddi nəzarət və xüsusi şərtlər altında keçiriləcək.

Amma rəsmilərdən fərqli olaraq İranın ali dini lideri Ayətulla Əli Xamaneyi çərşənbə günü söz vermişdi ki, beynəlxalq müfəttişlərə İranın hərbi obyektlərini yoxlamağa icazə verilməyəcək. İranın hərbi liderləri də sərt şəkildə bu tələbi rədd etmişdilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR