Rusiyadan müharibə xəbərdarlığı: baza mühasirədən çıxarılacaq
Bizi izləyin

Dünya

Rusiyadan müharibə xəbərdarlığı: baza mühasirədən çıxarılacaq

Rusiya hərbçilərinin tranziti haqqında müqavilənin Ukraynanın Ali Radası tərəfindən ləğv olunmasından sonra Rusiyanın Dnestryanı ərazisindəki hərbi baza ilə əlaqəsi üçün yalnız bir marşrutu qalırdı: Kişinyov aeroportu vasitəsilə.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın ardınca Moldova hakimiyyəti də Dnestraynı əraziyə Rusiya hərbçilərinin girişini məhdudlaşdırıb.

Xatırladaq ki, ayın 21-də Ali Rada Ukrayna və Rusiya hökumətləri arasında imzalanan beş razılaşmanı etibarsız elan edib. Razılaşmalar hərbi və kəşfiyyat əməkdaşlığı ilə bağlıdır. Bunlar məxfi informasiyaların qarşılıqlı mühafizəsi, Rusiya Federasiyasının hərbi birləşmələrinin Ukraynanın ərazisi vasitəsilə tranziti, dövlətlərarası hərbi daşınmaların təşkili, hərbi kəşfiyyat sahəsində əməkdaşlıq və hərbi əməkdaşlıq haqqında razılaşmalardır.

Məlumata görə, Kişinyov aeroportunda son iki həftə üç rusiyalı saxlanılaraq deportasiya olunub. Onlardan biri Dnestryanı ərazisində müqaviləli əsaslarla xidmət göstərən çavuşdur. “Kommersant”ın məlumatına görə, 2014-cü ilin oktyabr ayından Moldovadan Rusiya vətəndaşı olan yüzə yaxın rusiyalı hərbi qulluqçu deportasiya edilib. Kişinyovda iddia edirlər ki, Dnestrayanı əraziyə Rusiya sülhməramlılarını buraxmağa hazırdır, amma bir şərtlə: Moskva onların gəlişini bir ay əvvəl xəbər verməlidir. “Kommersant”ın yazıdına görə, Moldova tərəfi müvafiq xahişi diplomatik kanallar vasitəsilə Moskvaya çatdırıb.

Moldova hüquq-mühafizə orqanlarında qəzetin həmsöhbəti məhdudiyyətləri izah edib. Kişinyovun şərti onunla bağlıdır ki, Moldova Dnestryanı ərazidə olan Rusiya qoşunlarının məhdudlaşdırılmış qrupunu sülhməramlı olaraq tanımır. Separatçı qurumda olan rusiyalı hərbçilərin sayı təxminən 1000 nəfər təşkil edir, halbuki sülh batalyonu 412 hərbçidən ibarətdir.

Mütəxəssislər hesab edirlər ki, Kiyev tərəfindən razılaşmanın pozulması yalnız rəsmiyyət xarakterlidir. Onların sözlərinə görə, faktiki olaraq bütün bu razılaşmalar hələ ötən ilin yazından işləmir. Bundan başqa, fevral ayında yayılan məlumata görə, Ukrayna Dnestryanı ərazisindəki bazanın təchizatına mane olmaq üçün “S-300” batereyasını nümayişkaranə şəkildə Odessanın yaxınlığında yerləşdirib. Mütəxəssislərin fikrincə, Ukraynanın “S-300”ləri xüsusi təhlükə yaratmırlar. Bildirilir ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın nəqliyyat təyyarələrini vuracağını təsəvvür etmək mümkün deyil.

Ancaq Kiyev və Kişinyovun hərəkətləri nəticəsində Rusiyanın Dnestryanı ərazisindəki qoşunları faktiki blokadaya düşüb. Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Moskva blokadanın yarılması üçün bütün mümkün vasitələrə əl atmağa məcbur olacaq.

Moldova və Ukraynanın Rusiyanın bazasını blokadaya alınması istiqamətində addımlarının Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitində atılması isə diqqətdən qaça bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm