• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskvanın bir düşmənini digəri əvəz edir

  • Dünya
  • 25 May 2015 14:06
  • 309 Baxış
Moskvanın bir düşmənini digəri əvəz edir

Dünən Polşada prezident seçkilərinin ikinci turu keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı prezident Bronislav Komorovski ilə Hüquq və Ədalət Partiyasının lideri Andrzej Dudanın yarışdığı seçkilərdə müxalifət lideri öndədir.

İlkin məlumatlara əsasən, seçicilərin 53 faizi Andrzej Dudaya səs verib. Prezident Bronislav Komorovski məğlubiyyətini qəbul edib. Hələ seçkilərin ilk turunun nəticələrindən sonra hazırkı prezidentin qələbə qazanacağına çoxları şübhə edirdi. Seçkilərin ilk turunda Duda 34,8 faiz səs alaraq 32,2 faiz səs qazanan hazırkı prezident Komorovskini geridə qoymuşdu.

Ekspertlərin fikrincə, seçkilərdə kimin qələbə qazanacağından asılı olmayaraq, Moskva və Varşava arasında münasibətlərdə gərginlik qalacaq. Hazırkı prezident Bronislav Komorovski Moskvanın ünvanına dəfələrlə son dərəcə sərt bəyanatlar səsləndirib. Eyni zamanda Andrzej Duda da ritorikanın yumşaltmağa meylli görünmür. 2015-ci ilin yanvarında Duda bildirib ki, Polşa Ukraynaya hərbi yardımın göstərilməsi və bu ölkəyə polşalı hərbçilərinin göndərilməsi məsələsinə ciddi baxmalıdır. O, bu ay TVN telekanalına müsahibəsində Ukraynada vəziyyət sabitləşənə kimi Moskvaya səfər etməyəcəyini qeyd edib.

“Mən Putinə zəng vurardım, əgər mənim zəngim Ukraynada müharibəni dayandıra bilsəydi”, - Duda vurğulayıb.

Seçkilərin rəsmi nəticələri bu gün dərc ediləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR