• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ərdoğanın oğlu Misir vətəndaşı çıxdı

  • Dünya
  • 25 May 2015 18:23
  • 509 Baxış
Ərdoğanın oğlu Misir vətəndaşı çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Misir vətəndaşlığı alıb.

Publika.az Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, bu barədə Misirin “El Masri el-Youm” qəzeti yazıb.

Misir nəşrinin iddiasına görə, Bilal Ərdoğana Misirin keçmiş prezidenti Məhəmməd Mursi tərəfindən Misir vətəndaşlığı və pasportu verilib. Məlumata görə, Misirin Ali Məhkəməsi Bilal Ərdoğanın vətəndaşlığının ləğvi üçün toplanıb. Amma məhkəmə prosesinin 11 oktyabr tarixinə kimi təxirə salındığı bildirilir.

İddiaya görə, Mursi aralarında “Həmas” liderləri və bəzi türklərin olduğu çox sayda xarici ölkə vətəndaşına Misir vətəndaşlığı verib.

Ərdoğanın oğlunun eyni zamanda 2013-cü il 17 dekabr tarixində “sui-istifadə və rüşvət”ə qarşı həyata keçirilən əməliyyat zamanı Misir pasportundan istifadə edərək Gürcüstana, daha sonra Azərbaycana qaçdığı iddia edilir.

Bilal Ərdoğanın özü isə Misir vətəndaşlığı aldığı barədə iddiaların “yalan və böhtandan ibarət” olduğunu bildirib: “İddia edildiyi kimi, mən nə Misir vətəndaşıyam, nə də hər hansı bir ölkəyə qaçdım”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR