Yoxsul əhali İrəvanın mərkəzindən çıxarılır
Bizi izləyin

Dünya

Yoxsul əhali İrəvanın mərkəzindən çıxarılır

İrəvanın mərkəzində yerləşən Şimal prospektində yerləşən binaların ərazisi hökumət zonası elan edilib və sakinlərdən mənzilləri tərk etmək tələb edilir.

ANS PRESS-in məlumatına görə, hakim “Qarabağ klanı”na məxsus iş adamı Samvel Mayrapetyana məxsus “Lokal developers” şirkəti boşaldılmış ərazidə elit mənzillər inşa etmək niyyətindədir. Şirkət ərazidə yaşayan əhalini məhkəməyə verərək evləri tərk etmələrini istəyir.

Sakinlər isə iş adamının evlərə çox aşağı qiymət qoymasından şikayətlənirlər. Onların dediyinə görə. qarabağlı iş adamları evlərə real qiymətdən 2,5 dəfə ucuz qiymət təklif edirlər. “Lokal developers” şirkəti sakinlərə qarşı 20-dən artıq cinayət işi qaldırıb.

Prospekt hələ Robert Koçaryanın zamanında dövlət əhəmiyyətli zona sayılıb və bütün tarixi binalar sökülüb. Hazırda “Qarabağ” klanı sakinlərin əlindən son binanı almaq istəyir.

Bu, “Qarabağ klanı”nın Ermənistandan yerli əhalini didərgin salmaq üçün gerçəkləşdirdiyi prosedurlardan biridir. Hakim klan bu fikirdədir ki, yerli əhali ölkədə nə qədər az olarsa, Ermənistanı bir o qədər rahat idarə etmək mümkün olacaq.

Hazırda “Qarabağ klanı” qurduğu supermarket şəbəkəsi vasitəsi ilə erməni əmək miqrantlarının ailələri üçün göndərdiyi vəsaitlərin böyük hissəsini ələ keçirir. Mənzil tikintisi isə bu vəsaitlərin “Qarabağ klanı”nın əlinə tam keçməsi üçün düşünülmüş son variantdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm