• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava olub

  • Dünya
  • 25 May 2015 23:09
  • 661 Baxış
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava olub

Mayın 24-dən 25-nə keçən gecə Volqoqrad vilayətinin Volojskiy şəhərində azərbaycanlılar və ruslar arasında kütləvi dava olub.

Publika.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı şəhər sakini evə qayıdan zaman “Qazel” markalı avtomobilini qaraja sala bilməyib.

Bunun səbəbi isə yolun ortasında dayanan azərbaycanlılra məxsus minik avtomobili olub. Avtomobildə musiqiyə qulaq asan iki azərbaycanlıdan avtomobili yoldan çəkmələri xahiş olunub. Bundan sonra onlar arasında dava başlanıb. Azərbaycanlılar “Qazel”in sürücüsünü döyüblər. Onun köməyinə bir neçə yerli sakin gəlib, azərbaycanlılar isə hadisə yerinə öz tanışlarını çağırıblar. Davada iştirak edənlərdən kimsə hadisə yerində olan “Kamaz” markalı yük avtomobilini yandırıb. Qarşıdurma zamanı daha bir yerli sakin – təqaüdçü zərər çəkib.

Hər iki azərbaycanlı müxtəlif travmalarla xəstəxanaya çatdırılıb. Hadisə yerinə general-leytenant Aleksandr Kravçenkonun başçılığı ilə polis əməkdaşları gəlib. Dörd azərbaycanlı isə polis məntəqəsinə aparılıb. Faktla əlaqədar “dələduzluq” maddəsi üzrə cinayət işi qaldırılıb.

Daxili İşlər Nazirliyinin vilayət üzrə başçısı Andrey Boçarov müşavirədə dava haqqında danışaraq bildirib ki, dünən gecə yerli sakinlərlə danışıb və onların çoxu azərbaycanlıların davranışından şikayət ediblər: “Əgər indi buna diqqət ayırmasaq, məişət münaqişəsi millətlərarası qarşıdurmaya keçəcək. Buna imkan vermək olmaz. Yaxın vaxtlarda prokuror bura gələrək qəbul keçirəcək. Ümid edirəm ki, vilayətin başçısı sakinlərin şikayətlərinə xüsusi diqqət ayıracaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR