Dostları ad gününə gəlməyincə... - FOTOLAR
Bizi izləyin

Dünya

Dostları ad gününə gəlməyincə... - FOTOLAR

Bu uşağın adı Qlenn Burattidir və onun 6 yaşı var. Oğlan həmyaşıdlarındna fərqli olaraq autistdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda uşağın ad günü olub və ad günə dəvət olunmuş 16 qonaqdan heç kim gəlməyib. Azyaşlı uşağın anası Facebook-da yerli səhifələrin birində yazıb: “Oğluma görə, ürəyim ağrayır. Bütün sinfi dəvət etmişdik, lakin heç kim gəlmədi”.

Bu şərhdən sonra Qlenn Burattini təbrik etməyə 15 nəfər gəlib. Gələn qonaqlar isə yanğınsöndürənlər və polislər olub. Onlar əliboş gəlməyib. Qlennə bir maşın dolu hədiyyələr gətiriblər. Onlar uşaqla əsl qəhrəman kimi davranıb, onu polis maşınına mindirib və könlünü almağa çalışıblar.

Oğlanın atası deyib: “Əminəm ki, evlərində gizlənən qonşular bizi pəncərə arxasından izləyib. Yerli qanun keşikçiləri və yanğınsöndürənlərin oğluma qarşı etdiyi yaxşılığa hələ də inan bilmirəm”.

Qlenn isə bu bayramı hər zaman xatırlayacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm