Merin qarşısında seçim qoydular: ölüm və islam
Bizi izləyin

Dünya

Merin qarşısında seçim qoydular: ölüm və islam

Belçikanın Antverpen şəhərinin meri Bart De Vever ölümlə hədələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təhuidid dolu müraciətin müəllifləri islamı qəbul etməyəcəyi halda şəhər merini öldürəcəklərini bildiriblər.

Fransız dilində yazılan vərəqələr Antverpenin mərkəzində asılıb. Onun ünvanına səsləndirilən təhdidləri şərh edən Veverin sözlərinə görə, Belçika hakimiyyəti illərlə islam ekstremizmi təhlükəsinə məhəl qoymayıb.

2013-cü il yanvarından Antverpen şəhərinin meri olan Vever həmin il Suriyadakı müharibənin iştirakçılarının vətəndaşlığa namizədlərin siyahısından çıxarılması və Suriyaya gedən şəhər sakinlərinin sosial ödənişlərdən məhrum edilməsi barədə göstəriş verib. Bundan sonra Suriyadan qayıdan Belçika vətəndaşları meri öldürəcəklərini bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm