Məktəbi yandırıb İŞİD-in üstünə atmaq istədilər
Bizi izləyin

Dünya

Məktəbi yandırıb İŞİD-in üstünə atmaq istədilər

İtaliyanın Skandiano şəhərində məktəbi yandırmağa cəhd edən 3 nəfər həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş şagirdlər məktəbi yandıraraq bütün məsuliyyəti İŞİD terror təşkilatının üstünə atmağa cəhd edib.

Polis 18 və 20 yaşlı gəncləri təhsil müəssisəsindən qaçmağa cəhd edərkən yaxalayıb. Verilən məlumata görə, şagirdlər məktəbdən qaçmazdan əvvəl təhsil müəssisəsinin şüşələrini sındırıb, iki auditoriya otağına benzin töküb. Bu zaman siqnalizasiya sistemi işə düşdüyü üçün onlar qaçmağa başlayıb. Bundan əlavə, şagirdlərdən biri lövhədə “İŞİD yenə qayıdacaq” cümləsini yazmağa da macal tapıb.

Yerli mətbuatın verdiyi məlumatda bildirilir ki, keçmiş şagirdlər bu hərəkəti ilə müəllimlərdən intiqam almağa çalışıb. Çünki müəllimlər onlara qarşı çox sərt olub. Məktəbə vurduqları ziyana görə keçmiş şagirdlərə cəza kəsiləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm