• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yəmənə neytron bombası atıldı – ŞOK İDDİA/VİDEO

  • Dünya
  • 26 May 2015 12:52
  • 2 092 Baxış
Yəmənə neytron bombası atıldı – ŞOK İDDİA/VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə Husilərə qarşı neytron bombasında istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Veterans Today” hərbi saytı məlumat yayıb. Məlumata görə, bombalar F-16-dan atılıb.

Sayt Səudiyyə Ərəbistanında F-16 qırıcılarının olmadığını, bombaları və qırıcıları İsrailin verdiyini iddia edib.

Səudiyyənin neytron bombasından istifadə etməsinə qaynaq olaraq isə mayın 20-də Yəməndəki Nukum dağında çəkilən görüntülər göstərilib.

Bombardmandan sonra yaranan göbələk formasındakı duman kütləsinin neytron bombası olduğu bildirilib.

Qeyd edək ki, neytron bombası infrastruktura toxunmadan və radiasiya yaratmadan yalnız canlı qüvvəni məhv edən silahdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR