Türkiyənin 19 vilayətində əməliyyat keçirildi
Bizi izləyin

Dünya

Türkiyənin 19 vilayətində əməliyyat keçirildi

Bu gün səhər saatlarında Türkiyənin 19 vilayətində “qeyri-qanuni dinləmə” istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat həyata keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Ankara Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.

Prokurorluq 44 nəfərin saxlanılması barədə qərar verib. Amma siyahıdakı 20 nəfəri ünvanlarında tapmaq mümkün olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm