Türkiyəni qarışdıran “Fuat Avni” deşifrə oldu
Bizi izləyin

Dünya

Türkiyəni qarışdıran “Fuat Avni” deşifrə oldu

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Türkiyənin 19 vilayətində “qeyri-qanuni dinləmə” istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat həyata keçirilib. Prokurorluq 44 nəfərin saxlanılması barədə qərar verib və onlardan 25 nəfərini ünvanlarında tapmaq mümkün olmayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “qeyri-qanuni dinləmə” istintaqı çərçivəsində keçirilən son əməliyyata prokurorun “Fuat Avni” tələsi damğasını vurub.

Səhər saatlarında başlayan əməliyyatda 19 nəfərin qaçdığı bildirilir. Prokuror son əməliyyat barədə informasiyanı əvvəlkilərdən fərqli olaraq UYAP-a (Milli Mühakimə Şəbəkəsi) geç yükləməsi ilə bomba bir detalı ortaya çıxarıb. Son əməliyyat barədə informasiyanın “Fuat Avni” tərəfindən təxminən 48 saat əvvəl, yəni UYAP-a bildirilmədən əvvəl sızdırılması ilə “Fuat Avni”nin yeri müəyyən olunub.

Məlumata görə, “qeyri-qanuni dinləmə” istintaqını aparan prokuror “Fuat Avni”nin “yeri”ni müəyyən etmək üçün əməliyyatı son ana qədər gizli saxlayıb. Prokuror əvvəlki əməliyyatlardan fərqli olaraq son əməliyyat barədə məlumatı UYAP-a gec yükləyib. Məlumatın UYAP-a yüklənmədən əvvəl “Fuat Avni”nin “qeyri-qanuni dinləmədə yeni əməliyyat olacaq” “tvit”i isə sızıntının Ədliyyə Nazirliyindən olmadığını ortaya çıxarıb. Prokurorluq casusu axtarmaq üzrə ayrı bir istintaqa başlayıb.

Əldə edilən məlumatlara görə, “Fuat Avni”nin, ya da onun mənbələrinin ola biləcəyi qurumlar müəyyənləşdirilib. İstintaqı gizli şəkildə aparan prokurorluğun “Fuat Avni”yə çatmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədəki həbslər və hökumətin planları haqqında öncədən “Tvitter”də məlumatlar yayan "Fuat Avni"nin kimliyi gündəmin əsas mövzularındandır. Bəzilərİ bunun Fətullah Gülənin şəxsən özü olduğunu bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm