• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Güllələnən bələdiyyə başçısı öldü

  • Dünya
  • 26 May 2015 14:36
  • 596 Baxış
Güllələnən bələdiyyə başçısı öldü

Türkiyənin Bursa vilayətinin Gürsu mahalının silahlı hücuma məruz qalan AKP-li bələdiyyə başçısı Cüneyt Yıldız dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, edilən bütün tibbi müdaxilələrə baxmayaraq, bələdiyyə başçısının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mayın 20-də Cüneyt Yıldızın iş otağına daxil olan naməlum silahlı onun başına iki dəfə atəş açıb. Hücumda mühafizəçisi Yener Şimşək də ağır yaralanıb.

Sonradan hücumu həyata keçirən şəxsin bələdiyyə məmuru Fevzi Bekar olduğu müəyyənləşdirilib. O, hadisədən bir neçə gün sonra Yozgatda polisə təslim olub.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR