Moskva şok içində: ABŞ-da “əsrin silahı” hazırlandı – VİDEO
Bizi izləyin

Dünya

Moskva şok içində: ABŞ-da “əsrin silahı” hazırlandı – VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası impuls elektromaqnit silahın hazırlaması işini başa çatdırıb.

Publika.az “N+1” portalına istinadən xəbər verir ki, silah rəqibin yüksək dəqiqlikli elektronika sisteminin sıradan çıxarılması üçün istifadə olunacaq.

Alimlər elektromaqnit silahın hazırlamasında “Boeing” şirkətinin mühəndisləri tərəfindən bir neçə il əvvəl yaradılmış CHAMP adlı sistemdən istifadə ediblər. Yeni layihədə həmçinin “Raytheon” və “Lockheed Martin” şirkətləri iştirak ediblər.

Elektromaqnit silah müxtəlif cihazlara təsir gücünə görə atom partlayışı ilə müqayisə olunur. Ancaq onun hərəkəti yalnız elektronikaya təsir edir. Məsələn, sözügedən silahdan yaşayış məntəqəsində konkret binanın elektrik cərəyanını kəsmək üçün istifadə etmək mümkün olacaq.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri artıq yeni silah üçün daşıyıcını da seçiblər. Silah “hava-torpaq” tipli AGM-158 JASSM-ER qanadlı raketlərində yerləşdiriləcək. B-52 Stratofortress və B-2 Spirit bombardmançıları, həmçinin F-16 Fighting Falcon, F/A-18E/F Super Hornet, 2F-15 Strike Eagle və F-35 Lightning II qırıcıları bu raketlərlə təhciz olunub. Raketlər saatda bir neçə min kilometrə qədər sürət yığmağa və 980 kilometrə qədər məsafədəki rəqibin obyektlərini vurmağa qadirdir.

CHAMP sisteminin ilk sınaqları 2012-ci ildə keçirilib. Silah AGM-86 qanadlı raketində yerləşdirilmişdi. Yuta ştatında həyata keçirilən sınaqlar zamanı raket əvvəlcədən müəyyən olunan binalardan birinin üzərindən uçurulub. Silah binada yalnız elektrik cərəyanını kəsməyib, eyni zamanda binadakı onlarla kompüteri sıradan çıxarıb.

ABŞ Konqresinin tələbinə əsasən, Hərbi Hava Qüvvələri 2016-cı ilin sonuna kimi elektromaqnit silahı silahlanmaya qəbul etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm