Separatçılar Putini hərbi müdaxilə etməyə çağırdı
Bizi izləyin

Dünya

Separatçılar Putini hərbi müdaxilə etməyə çağırdı

“Dnestryanı Moldova Respublikası” separatçı qurumun 66 ictimai təşkilatı Rusiya prezidenti Vladimir Putinə müraciət etməyə hazırlaşır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, ictimai təşkilatlar Dnestryanı ərazidə dinc insanların təhlükəsizliyinin müdafiə olunması xahişi ilə Putinə müraciət etmək barədə qərar qəbul ediblər.

“Dnestryanı Moldova Respublikası"nın ictimaiyyəti adından biz Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət etmək istəyirik ki, hansısa bir təhlükə olacağı halda Dnestryanı ərazidə sülhün təminatı üçün bütün mümkün - siyasi, diplomatik, iqtisadi və əlbəttə ki, digər ölçüləri qəbul etsin. Biz 25 ildə heç vaxt belə bir vəziyyətə düşməmişik. Ukrayna və Moldova tərəfindən tam sıxılmış vəziyyətdəyik”, - Qadınlar İttifaqının sədri Tatyana Dolişnya bildirib.

Onun sözlərinə görə, 1 iyun tarixinə qədər müraciətin mətninin tamamlanması və Vladimir Putinə göndərilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Rusiya hərbçilərinin tranziti haqqında müqavilənin Ukraynanın Ali Radası tərəfindən ləğv olunmasından sonra Rusiyanın Dnestryanı ərazisindəki hərbi baza ilə əlaqəsi üçün yalnız bir marşrutu qalırdı: Kişinyov aeroportu vasitəsilə. Ukraynanın ardınca Moldova hakimiyyəti də Dnestraynı əraziyə Rusiya hərbçilərinin girişini məhdudlaşdırıb. “Kommersant”ın məlumatına görə, 2014-cü ilin oktyabr ayından Moldovadan Rusiya vətəndaşı olan yüzə yaxın rusiyalı hərbi qulluqçu deportasiya edilib. Kişinyovda iddia edirlər ki, Dnestrayanı əraziyə Rusiya sülhməramlılarını buraxmağa hazırdır, amma bir şərtlə: Moskva onların gəlişini bir ay əvvəl xəbər verməlidir. “Kommersant”ın yazıdına görə, Moldova tərəfi müvafiq xahişi diplomatik kanallar vasitəsilə Moskvaya çatdırıb.

Moldova hüquq-mühafizə orqanlarında qəzetin həmsöhbəti məhdudiyyətləri izah edib. Kişinyovun şərti onunla bağlıdır ki, Moldova Dnestryanı ərazidə olan Rusiya qoşunlarının məhdudlaşdırılmış qrupunu sülhməramlı olaraq tanımır. Separatçı qurumda olan rusiyalı hərbçilərin sayı təxminən 1000 nəfər təşkil edir, halbuki sülh batalyonu 412 hərbçidən ibarətdir.

Kiyev və Kişinyovun hərəkətləri nəticəsində Rusiyanın Dnestryanı ərazisindəki qoşunları faktiki blokadaya düşüb. Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Moskva blokadanın yarılması üçün bütün mümkün vasitələrə əl atmağa məcbur olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm