Sabiq deputatın qaz doldurma məntəqəsi partladıldı, oğlu yandı
Bizi izləyin

Dünya

Sabiq deputatın qaz doldurma məntəqəsi partladıldı, oğlu yandı

Ermənistanın Armavir vilayətinin Zvartnos kəndində qaz doldurma məntəqəsində güclü partlayış baş verib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralılar İrəvan Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzin direktoru Norayra Davidyanın sözlərinə görə, bütün zərərçəkənlər reanimasiya şöbəsindədir.

Məlumata görə, stansiya Ermənistan parlamentinin sabiq deputatı Akop Akopyanın qohumuna məxsus olub. Partlayış zamanı Akopyanın oğlu və qardaşı da yaralanıb. Sabiq deputatının oğlunun vəziyyət daha ağır qiymətləndirilir. Deyilənə görə, onun bədəninin 86 faizi yanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb kompressor stansiyası olub. Amma Ermənistanda bu cür hadisələrin son vaxtlar tez-tez baş verməsi ortaya müəyyən suallar çıxarır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm