Arvadına nifrət edən kişi belə intiqam aldı
Bizi izləyin

Dünya

Arvadına nifrət edən kişi belə intiqam aldı

Yaponiyada yaşayan bir kişi mərhum arvadına o qədər nifrət edib ki, ondan intiqam almaq üçün xüsusi yola əl atıb. Belə ki, kişi super marketlərin birinə gedərək arvadının külünü unitaza töküb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, polislər Tokio mağazalarının birində yerləşən unitazda kül və çənə sümüyünü görərək çaşqınlıq keçirib. Polis bu məsələnin üzərində baş sındırdığı vaxt, polis bölməsinə 68 yaşlı kişi gələrək hər şeyi etiraf edib. Onun sözlərinə görə, unitaza keçən ay vəfat etmiş arvadının külünü töküb. Çünki adı açıqlanmayan kişi arvadının sağlığında xoşbəxt olmayıb və ona qarşı nifrət hissləri oyanıb. O deyib: “Onun sağlığında həyat dözülməz idi. Gündən günə ona nifrət edirdim”.

Qeyd edək ki, qadın 64 yaşında xəstəlikdən vəfat edib. Kişi insan bədən üzvü və külünü ictimai yerə səpələdiyi üçün cəzalandırılacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm