Gürcüstanda müstəqillik günü qeyd edilib
Bizi izləyin

Dünya

Gürcüstanda müstəqillik günü qeyd edilib

Bu gün Gürcüstan milli müstəqillik gününü qeyd edir. Bu münasibətlə paytaxt Tbilisidə və digər böyük şəhərlərdə bir sıra tədbirlər keçirilib.

Publika.az xəbər verir ki, ssas bayram tədbirləri mayın 26-da Tbilisinin mərkəzində, Rustaveli prospektində və Azadlıq meydanında keçirilib.

Rustaveli prospektində Gürcüstanın hərbi texnikası nümayiş etdirilib, gənc əsgərlər təntənəli şəkildə and içiblər.

Mərasimdə Prezident Giorgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, nazirlər, parlamentin sədri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bayram münasibətilə prospektdə rəsm əsərlərinin, “Delta” Dövlət Hərbi Elm-Mərkəzinin, kənd təsərrüfatı məhsullarının sərgisi təşkil edilib.

Ölkənin Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Hepatit C xəstəliyindən müayinə üçün prospektdə xüsusi guşə açıb.

Bayram günü ilə əlaqədar aviaşou da təşkil olunub. “Mimino” tipli SU-25, “Albotros” tipli L-39 təyyarələri və “İpokez” helikopterləri havada şou göstərib. Həmçinin Gürcüstan parlamentinin Tbilisinin mərkəzindəki binasının qarşısında bayram konserti olub.

Tədbir atəşfəşanlıqla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm