Alman əkizləri İŞİD üçün özlərini partlatdılar – FOTO
Bizi izləyin

Dünya

Alman əkizləri İŞİD üçün özlərini partlatdılar – FOTO

İraqda “İslam dövləti” terror təşkilatının (İŞİD) sıralarında vuruşan alman əkiz qardaşları özlərini partladıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə terror təşkilatının jurnalı olan “Dabiq” yazıb.

Hadisə aprel ayının əvvəllərində İraq ordusunun Bağdaddan şimal-qərbdə yerləşən hərbi bazasının tutulması zamanı baş verib. Nəşrin məlumatına görə, qardaşlar partlayıcı maddə ilə dolu olan yük maşınında hərbi obyektə daxil olub və qərargahı dağıtmaq üçün partlayıcı mexanizmi işə salıblar.

Bundan sonra İŞİD hərbi bazaya daha iki kamikadze göndərib və yalnız bundan sonra əsas güclərlə hücum keçiblər. Hücum zamanı onlarla İraq əsgərinin öldürüldüyü bildirilir.

“Dabiq” iddia edir ki, qardaşlardan biri Abu Muşab al-Almani İraqdan daha əvvəl Əfqanıstanda “əhl-səliblər”in tərəfində vuruşub.

Mart ayında Almaniyanın daxili işlər naziri Tomas de Mezer bildirib ki, təxminən 650 alman döyüş əməliyyatlarında iştirak etmək üçün İraq və Suriyaya yola düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm