Yol polisinin sabiq rəhbəri rüşvət almaqda ittiham edilir
Bizi izləyin

Dünya

Yol polisinin sabiq rəhbəri rüşvət almaqda ittiham edilir

Pekin şəhəri yol polisinin sabiq rəisi Sun Cianquo 23 milyon yuan (təxminən 3,7 milyon ABŞ dolları) məbləğində rüşvət almaqda təqsirli bilinərək mühakimə olunur.

Prokurorluğun ittihamına əsasən, Sun Cianquo 2004-cü ildən 2014-cü ilədək Pekin polis idarəsinin Tungou filialının və şəhər yol polisinin rəhbəri vəzifələrində işlədiyi müddətdə vəzifəsindən sui-istifadə edərək fərdi nəqliyyat vasitələri üçün dövlət qeydiyyatı nişanlarının verilməsində qanunsuzluqlar edib. Belə ki, o, əsasən dövlət qurumları və ictimai təşkilatların nəqliyyat vasitələri üçün nəzərdə tutulan və xüsusi üstünlükləri olan “A” seriyalı qeydiyyat nişanlarını rüşvət qarşılığında özəl avtomobillərə rəsmiləşdirməklə cinayət törədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm