Ukraynanın şərqində gedən son toqquşmalarda 6 nəfər ölüb
Bizi izləyin

Dünya

Ukraynanın şərqində gedən son toqquşmalarda 6 nəfər ölüb

Son 24 saat ərzində Ukraynanın şərqində gedən toqquşmalarda 4 rusiyapərəst separatçı,1 Ukrayna əsgəri və 1 mülki sakin ölüb.

Publika.az-ın məlumatına görə, Ukrayna ordusunun sözçüsü Andriy Lysenko jurnalistlərə bildirib ki, mülki sakin Donetskin yaxınlığındakı Koks-kimya zavoduna mərmi düşməsi nəticəsində ölüb. Onun sözlərinə görə, zavodda baş verən yanğın nəticəsində kiçik sızma baş verib.

Amma Lysenko əlavə məlumat verməyib.

O, baş verən son toqquşmalarda ümumilikdə 12 Ukrayna əsgərinin yaralandığını deyib.

Hər iki tərəfin məlumatına görə, ən ağır toqquşmalar Mariupol şəhərinin ətrafındakı Şirokine kəndində olub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən toqquşmalarda 6 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm