İraq Ənbarı azad etmək üçün əməliyyata başlayır
Bizi izləyin

Dünya

İraq Ənbarı azad etmək üçün əməliyyata başlayır

İraqın hökumət qüvvələri İslam Dövlətini (İD) Anbar əyalətindən çıxarmaq üçün əməliyyata başlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə şiə döyüşçülərdən ibarət könüllü qüvvə olan Xalq Səfərbərliyinin sözçüsü bildirib. Məlumata görə, əməliyyat, qoşunların və döyüşçülərin Səlahəddin əyalətindən cənuba doğru hərəkətini əhatə edəcək və İD döyüşçülərinin Ramadidə təcrid olunmasına çalışılacaq.

Xalq Səfərbərliyi sözçüsü Əhməd əl-Əssadi mətbuat konfransında bildirib ki, Anbara nəzarəti ələ keçirmək üçün əməliyyat şiə imamına hörmət əlaməti olaraq “Ləbeyk ya Hüseyn” adlandırılacaq.

O bildirib ki, əməliyyat uzun çəkməyəcək və döyüşdə düşməni təəccübləndirəcək yeni silahlardan istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm