Merkel yenə öndədir
Bizi izləyin

Dünya

Merkel yenə öndədir

“Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib.

Publika.az-ın məlumatına görə, zərif cinsin 100 nümayəndəsinin daxil olduğu reytinqə artıq doqquzuncu dəfədir Almaniya kansleri Angela Merkel başçılıq edir. Lakin jurnal bu fikirdədir ki, almaniyalı siyasətçi yaxın vaxtlarda liderlik mövqelərini itirə bilər.

Siyahıda ikinci yeri ABŞ prezidenti postuna namizədliyini irəli sürmüş keçmiş dövlət katibi Hillari Klinton tutur. 2014-cü ildə o, altıncı pillədə yer almışdı.

Peytinqin üçüncü pilləsində ötən il olduğu kimi, bu dəfə də Melinda Qeyts qərarlaşıb. O, milyarder Bill Qeytsin həyat yoldaşı və eyniadlı xeyriyyə fondunun həmtəsisçisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm