Dünya
İstanbulda 800 polis əməliyyat keçirir – SON DƏQİQƏ
İstanbulda MKT (Maoist Kommunist Partiyası) terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Polis Təşkilatının terrorla mübarizə şöbəsi tərəfindən keçirilən əməliyyata havadan vertolyotlar dəstək verib.
Çevik qüvvələr və xüsusi hərəkat qruplarının da aralarında olduğu 800 polis 30 ünvanda əməliyyat təşkil edib. Əməliyyatda 20 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarışlarda 2 uzunlüləli tüfəng, bir tapança və terror təşkilatına aid çoxlu sayda sənəd ələ keçirilib.
Əməliyyatın gedişatında Sultanqazi İsmət Paşa prospektində zibil və yolun kənarındakı taxtaları yandıran üzü maskalı şəxslər yolu bağlamağa çalışıb. Çevik qüvvələr TOMA-ların köməyi ilə yanan zibilləri söndürərək yolu nəqliyyat üçün açıblar.
Əməliyyatın hazırda davam etdiyi, saxlanılanların sayının arta biləcəyi təxmin edilir.
Saxlanılan şübhəlilərin 1 may nümayişlərində təhlükəsizlik güclərinə daş, dəyənək və “molotov kokteyli” ilə hücum edən üzləri maskalı şəxslər olduğu bildirilir.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB