Çin “İpək yolu” ilə Bakıya nə gətirmək istəyir- Böyük layihə
Bizi izləyin

Dünya

Çin “İpək yolu” ilə Bakıya nə gətirmək istəyir- Böyük layihə

Çin postsovet respublikalarda mütəxəssislərin hazırlanması üçün yeni mərkəzlər yaradır. Çin superproyekt olan “İpək yolu”nu Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda Çin dilinin öyrənilməsi mərkəzlərinin yaradılması ilə canlandırır.

Publika.Az –ın “Sinxua” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, keçmiş sovet respublikaları üçün mütəxəssislərin hazırlanması bazası rolu Sintszyan-Uyğur Muxtar Respublikasına verilib. Burada Sintszyan-Uyğur Muxtar Respublikasına verilən rol isə ərazinin keçmiş SSRİ sərhədlərinə yaxınlığı ilə izah edilir.

Xatırladaq ki, Çin Xalq Respublikasının sədri Si Tsinzip ötən il Qazaxıstana səfəri zamanı "Nazarbayev Universitetində" çıxış etmiş və “İpək yolu”nun iqtisadi qurşağı strateji konsepsiyasını irəli sürmüşdü. Həmin vaxtdan başlayaraq “İpək yolu” layihəsi Rusiya və Orta Asiya respublikalarının Çin tərəfindən iqtisadi baxımdan mənimsənilməsi üçün əsas strateji prioritet olub. Sintszyan-Uyğur Muxtar Respublikanın keçmiş SSRİ sərhədlərinə yaxınlığı da “İpək yolu” layihəsinin həyata keçirilməsində Çinə nəzərəçarpacaq dərəcədə üstünlük verir.

“Sinxua” bildirir ki, statistikaya əsasən Sintszyan-Uyğur Muxtar Respublikasında təhsil alanların 90 faizi Mərkəzi Asiya və ona bitişik regionların vətəndaşlarıdır. Muxtar Respublika hakimiyyətinin qarşısına qoyduğu hədəfə görə, yaxın 5-10 il ərzində bura Mərkəzi Asiya üzrə mütəxəssislərin hazırlığı üzrə əsas bazaya çevrilməlidir. Qansu vilayətindəki Lançjou universitetində son yeddi il ərzində 2200-dən çox xarici tələbə təhsil alıb və onların 60 faizindən çoxu keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır. Rusiya və Mərkəzi Asiya üçün mütəxəssislərin hazırlığına problemli Sintszyan-Uyğur Muxtar Respublikanın cəlb edilməsi ölkənin şimal-qərbinin inkişafı üçün Pekinin apardığı siyasətin bir hissəsi hesab olunur.

Çinlilər qeyd edirlər ki, onların inteqrasiya planına artıq Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan da daxildir. “Cənubi Qafqaz ölkələri ölkələri ümid edir ki, Çinin Mərkəzi Asiya ilə bağlı strategiyası Qafqaza qədər uzanacaq”,- "Jenmin-jibao” rəsmi nəşri bildirir.

Çinin şimal qərbində yerləşən Şensi vilayətində ötən ayın əvəvlində Mərkəzi Asiya İnstitutu, Şimal Qərb Universitetində Mərkəzi Asiya İnstitutu, Sian Universitetində Mərkəzi Asiya İnstitutunda xarici dillər şöbəsi yaradılıb. Bu institutlarda mütəxəssislərin hazırlanması Orta Asiya ölkələri ilə Şensi vilayətinin əməkdaşlığı üçün əhəmiyyətli platforma olmalıdır. Cinlilər həmçinin hesab edirlər ki, şimali-qərbi Çində fəaliyyət göstərən ali məktəblər Orta Asiyada Çin dili və mədəniyyətin yayılmasına da xidmət edəcək. Məsələn, Lanjou Universiteti Çin dilinin həmsərhəd ölkələrdə öyrədilməsinə kömək edən Çinin on ali məktəbindən biridir. 2005-ci ildə isə Orta Asiyada birinci olaraq Özbəkistanda Lanjou Universitetinin dəstəyi ilə konfutsi institutu açılıb.

Bundan başqa, Urumçi şəhərində Orta Asiyada Çin dilinin yayılması üzrə dövlət kateqoriyalı baza fəaliyyət göstərir. Bu bazanın əsas vəzifəsi ilk növbədə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrdə konfutsi institutlarının yaradılmasıdır. Urumçidəki sözügedən baza yeni dərsliklər çap edir, Çin müəllimlərini xaricdə işləməyə həvəsləndirir, həmçinin Çin dilinin öyrənilməsi üçün əcnəbiləri cəlb edir.

Çin dilinin yayılması üzrə yaradılan dövlət qurumun 2013-cü ilin məlumatına görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda 10 Konfutsi institutu fəaliyyət göstərir. Bu institutlarda təxminən 23 min tələbə təhsil alır. Rusiya ərazisində isə 18 Konfutsi institutunun açılması nəzərdə tutulur.

Qansu vilayətinin təhsil idarəsinin səlahiyyətli əməkdaşının sözlərinə görə, “İpək yolu” iqtisadi qurşaq strateji konsepsiyasının həyata keçirilməsi prosesində mədəni və maarifləndirici addımlar regionda “yumşaq güc” rolunu oynamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm