Obamanın qızına 70 qoyun, 50 inək və 30 keçi: Evlənmək istəyirəm!
Bizi izləyin

Dünya

Obamanın qızına 70 qoyun, 50 inək və 30 keçi: Evlənmək istəyirəm!

Keniya sakini, hüquqşünas Feliks Kiprono ABŞ prezidenti Barak Obamanın böyük qızı Malia Enn ilə evlənmək istəyir.

Publika.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Afrika ölkəsinin sakini Obamanın qızı üçün inək və qoyun sürüsünü təklif edib.

O bildirib ki, artıq çoxdandır Obamanın 16 yaşlı qızı ilə evlənmək fikrinə düşüb. “The Washington Post”un yazdığına görə, təklifi Amerika prezidentinin iyulda Keniyaya edəcəyi səfəri zamanı etməyi planlaşdırır.

“O, 2008-ci ildən məni maraqlandırır. Düzünü desək, mən onunla heç vaxt rastlaşmamışam. İnsanlar düşünə bilərlər ki, mən bunu Amerika prezidentinin puluna görə edirəm. Amma iş onda deyil. Mənimki əsl sevgidir və onun üçün 70 qoyun, 50 inək və 30 keçi verməyə hazıram”,- keniyalı deyib.

Hüquqşünas bildirib ki, Maliaya inək sağmağı, uqalin (qarğıdalı sıyığı) və mursik (Keniyanın ənənəvi qatığı) hazırlamağı öyrədəcək.

Xatırladaq ki, hələ 2013-cü ildə sevgililər günü ərəfəsində jurnalistlər Barak Obamadan Malianın sevgilisinin olub-olmadığını soruşmuşdular. Obama isə “bu qədər mühafizəçinin arasında kimsə mənim qızıma yaxınlaşa bilməz” demişdi.

Maliya Enn 1998-ci ildə doğulub. Amerika prezidentinin kiçik qızı Nataşa (ailədə onu Şaşa deyə çağırırlar) 2001-ci ildə dünyaya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm