Kiyev Moskvaya son sözünü dedi: NATO və Avropa Birliyi
Bizi izləyin

Dünya

Kiyev Moskvaya son sözünü dedi: NATO və Avropa Birliyi

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın milli təhlükəsizliyi üzrə yeni strategiyasını təsdiqləyib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən hazırlanmış strategiyanın əsas məsələləri Avropa Birliyinə inteqrasiyaya və NATO-ya üzvlük kursudur.

Strategiyaya əsasən, Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədi çərçivəsində ərazi bütövlüyünün bərpası, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi üzrə effektiv sektorun yaradılması, NATO və Avropa Birliyi ölkələri ilə müdafiə və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, silah və hərbi texnikanın istehsalı məsələlərində Rusiyadan asılılığın tam aradan qaldırılması milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləridir. Qeyd edilir ki, NATO ilə əməkdaşlıq Ukraynada demokratik dəyərlər və sabit təhlükəsizlik mühitinin formalaşmasına imkan yaradır.

Sənəd həmçinin kəşfiyyat, əks-kəşfiyyat və hüquq-mühafizə orqanlarının inkişafı, dövlət idarəçiliyi sistemində islahatlar aparılması və korrupsiyaya qarşı siyasəti prioritet hesab edir. Milli təhlükəsizlik üzrə yeni strategiya xarici siyasət sferasında milli təhlükəsizliyin təminatı, iqtisadi, energetika, informasiya, kiber və strateji infrastrukturun təhlükəsizliyini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm