Ermənistanda ən müasir kəşfiyyat və radio elektron sistemləri yerləşdirilir
Bizi izləyin

Dünya

Ermənistanda ən müasir kəşfiyyat və radio elektron sistemləri yerləşdirilir

Rusiya radio kəşfiyyatının ən müasir çoxfunksiyalı kompleksləri və “İnfauna” radio elektron sisteminin birinci partiyasını Ermənistanın Gümrü şəhərindəki 102 saylı bazaya çatdırıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

“İnfauna” sistemi ilk dəfə batalyon və baza taktik təlimlərində istifadə olunacaq. Təlimlərin 2015-ci ilin yayında keçirilməsi planlaşdırılır. BTR-80 tipli zirehli transportyor şassisi üzərində qurulan sistemlərin növbəti partiyasının cari ilin sonuna kimi Gümrüdəki bazanın hərbi arsenalına daxil edilməsi nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm