Kürd partiyası Ankaranı yeni böhranla hədələdi
Bizi izləyin

Dünya

Kürd partiyası Ankaranı yeni böhranla hədələdi

Türkiyə Xalqların Demokratik Partiyası (HDP) hakimiyyəti yeni bir böhranla hədələyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP-li millət vəkili Pervin Buldan partiyanın seçki baryerini keçə bilməyəcəyi halda yeni bir böhran yaranacağını bildirib.

O, xüsusilə Hakkari, Diyarbəkr və Şırnak vilayətlərində insanların bu vəziyyəti qəbul etməyəcəyini söyləyib.

“Seçki baryerini keçə bilməyəcəyimiz yeni böhran anlamına gələcək. Məsələn, Hakkari 3 millət vəkili çıxarar. Seçicilərin isə 90 faizi HDP-yə səs verir. Seçki baryerini keçməyəcəyimiz halda namizədlərimizin əvəzinə AKP-nin namizədləri parlamentə gedəcək. Hakkari xalqı qəbul etməz. Mən də qəbul etmərəm. Eyni zamanda, Diyarbəkr və Şırnakdakı seçici də bunu qəbul etməz. Bununla da yeni böhran yaranar və növbədənkənar seçkilərinə gedə bilərik”, - İstanbulun 3-cü bölgəsindən millət vəkilliyinə namizəd olan Pervin Buldan deyib.

Qeyd edək ki, Türkiyədə seçki baryeri 10 faiz müəyyən edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm