Ukrayna Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi

Ukrayna Ali Radasının deputatları “Ukraynanın ərazisində Rusiya Federasiyasının Qara dəniz donanmasının yerləşdirilməsi məsələləri üzrə Ukrayna və Rusiya Federasiyası arasında razılaşmanın denonsasiyası haqqında” qanun layihəsini parlamentinin müzakirəsinə daxil ediblər.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ali Radanın saytında yerləşdirilən məlumatda deyilir.

Xatırladaq ki, 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviçlə Dmitri Medvedev Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətinin 25 il uzadılması barədə müqavilə imzalayıblar. Krımın ötən ilin martında Rusiya tərəfindən ilhaqı ilə razılaşma faktiki olaraq qüvvədən düşüb.

Ali Rada ötən həftə isə Ukrayna və Rusiya hökumətləri arasında imzalanan beş razılaşmanı etibarsız elan edib. Razılaşmalar hərbi və kəşfiyyat əməkdaşlığı ilə bağlıdır. Bunlar məxfi informasiyalarının qarşılıqlı mühafizəsi, Rusiya Federasiyasının hərbi birləşmələrinin Ukraynanın ərazisi vasitəsilə tranziti, dövlətlərarası hərbi daşınmaların təşkili, hərbi kəşfiyyat sahəsində əməkdaşlıq və hərbi əməkdaşlıq haqqında razılaşmalardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm