İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb
Bizi izləyin

Dünya

İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb

İraq ordusu “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının dəstəyi ilə Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərinin iki rayonunu İŞİD-dən geri alıb.

Publika.az-ın məlumatına görə, bunu əyalət şurasının üzvü Racea əl-İsaui bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri və “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının yaraqlıları mayın 27-də şəhərin Ət-Taş və Əl-Humeyrə rayonlarını azad edib. Bundan sonra İŞİD cənub istiqamətindən ehtiyat qüvvə cəlb edə bilməyəcək.

İŞİD qruplaşmasının Ramadi şəhərinə hücumları mayın 15-də başlayıb. Mayın 17-də isə şəhər üzərində nəzarətə tam yiyələnən yaraqlılar “Ənbar” komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm