Tükürpədici şəkil YUNESKO-nun qalibi oldu-Foto
Bizi izləyin

Dünya

Tükürpədici şəkil YUNESKO-nun qalibi oldu-Foto

İsveç fotoqrafının 2012-ci ildə Aleppo xəstəxanasından çəkdiyi şəkil 2 ildən sonra YUNESKO-nun qalibi adına layiq görülüb.

Fotoda təsvir olunmuş Dania Kilsi həyətdə bacı-qardaşları ilə oynayarkən bomba partlayır və qəlpələrdən biri qızcığaza dəyir.

Şəkildəki 11 yaşlı qızcığazın siması toza batıb və qana bulaşıb. Yaralı qızın şəkli illər keçməsinə baxmayaraq hələ də Suriyada dəhşətli vətəndaş müharibəsinin günahsız qurbanlara vurduğu zərbəni əks etdirir. 11 yaşlı qız xəstəxanada həyatı uğrunda mübarizə apararkən həvəskar fotoqraf tərəfindən çəkilmiş şəkil ilin qalibi adına layiq görülüb. Şəkildə Daniyanın başını isə böyük qardaşı saxlayıb. Qısa bir müddətdən sonra qızcığaz evə buraxıldı, lakin müalicə aldığı xəstəxana bir neçə aydan sonra dağıdıldı.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm