İran parlamentindən çəkilən gizli video ölkəni qarışdırdı
Bizi izləyin

Dünya

İran parlamentindən çəkilən gizli video ölkəni qarışdırdı

İran parlamentinin qapalı iclasından sonra mobil telefonla gizli şəkildə çəkildiyi təxmin edilən videonun sosial şəbəkədə dərc olunması ölkədə böyük əks-səda doğurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüntülərdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə bir millət vəkilinin dalaşdığı görünür.

Parlamentin qapalı iclasında İranın “altılıq”la (Rusiya, ABŞ, Fransa, İngiltərə, Çin və Almaniya) apardığı nüvə danışıqları müzakirə edilib. Millət vəkili və nazirin qarşıdurması ilə bağlı görüntülərdə millət vəkili Məhəmməd Cavad Zərifi “xain” adlandırır. Nazir isə cavabında dini lider Seyid Əli Xameneini təmsil etdiyini ifadə edərək onunla bağlı bu şəkildə danışmağa haqqının olmadığını söyləyir.

Görüntülərin millət vəkillərindən biri tərəfindən çəkilərək internetə sızdırıldığı təxmin edilir.

Qeyd edək ki, İran hökumətinin “altılıq”la apardığı nüvə danışıqları ölkənin mühafizəkar təbəqələri tərəfindən sərt qarşılanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm