• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İŞİD-dən İraqa ağır zərbə

  • Dünya
  • 28 May 2015 05:40
  • 623 Baxış
İŞİD-dən İraqa ağır zərbə

İŞİD qruplaşmasının yaraqlıları mayın 27-də Ənbar əyalətində İraq hərbçilərinə qarşı bir neçə hücum həyata keçiriblər. Son məlumata görə, bu hücumlar nəticəsində 80-dən çox hərbçi həlak olub.

Partlayışlar İraq hökumətinin yaraqlıları əyalətdən çıxarmaq üçün irimiqyaslı hücumlara başlandığını elan etməsindən bir neçə saat sonra törədilib.

İraq hərbi qüvvələrinin nümayəndəsinın sözlərinə görə, yaraqlılar qum fırtınasından istifadə edərək bir neçə istiqamətdən hücuma keçiblər. “Əl-Ərəbiyə” telekanalı 9 minalanmış avtomobilin təhlükəsizlik qüvvələrinin və şiə yaraqlılarının yerləşdiyi hərbi hissələrin nəzarət-buraxılış məntəqələrinin önündə partladıldığı barədə məlumat yayıb. Nəticədə 80-dən çox əsgər həyatını itirib, onlarla hərbçi yaralanıb.

Hazırda hökumət qüvvələri əyalətin inzibati mərkəzi olan Ramadi şəhərini İŞİD-dən geri almağa çalışır.

Bir həftə əvvəl hərbçilər, demək olar, şəhəri döyüşsüz təslim edib geri çəkilmişdi. Bu səbəbdən ABŞ-ın müdafiə naziri Eşton Karter iraqlı əsgərləri qorxaqlıqda ittiham etmişdi. Rəsmi Bağdad isə öz növbəsində Pentaqona geri çəkilən İraq ordusunun məhz amerikalı hərbçilər tərəfindən hazırlandığını xatırlatmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR